Lukaku Neapolu fəth etməyə gəlir

Romelu Lukaku karyerasını Neapolda davam etdirəcək.

Sportline.az xəbər verir ki, belçikalı hücumçu "Napoli"nin formasını geyinəcək.

Bu haqda "El Chiringuito" məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, neapollular bu transfer üçün "Çelsi"yə 40 milyon avro ödəyəcəklər.

Müqavilənin müddəti isə 3 ili əhatə edəcək.

Lukaku ötən mövsüm "Roma" forması ilə çıxdığı 47 oyunda 21 qol, 4 asistlə yadda qalıb.