Lunin “Real”dan ayrıla bilər
“Real Madrid”in ukraynalı qapıçısı Andrey Lunin mövsümün sonunda klubdan ayrılmaq ehtimalı var.
Sportline.az “Relevo” nəşrinə istinadən xəbər verir ki, “İnter” klubunun rəhbərliyi Lunin üçün “Real Madrid”ə 30 milyon avro ödəməyə hazırdır.
“İnter” klubu Luninin meneceri ilə danışıqlara başlayıb.
Qeyd edək ki, Andrey Luninin “Real Madrid” ilə müqaviləsi 2030-cu ilin iyun ayınadək nəzərdə tutulub.