Məhşur mütəxəssis ABŞ millisinin baş məşqçisi oldu
ABŞ millisinin yeni baş məşqçisi açıqlanıb.
Sportline.az ESPN-ə istinadla xəbər verir ki, Şimali Amerika təmsilçisinə bundan sonra argentinalı çalışdırıcı Maurisiyo Poçettino rəhbərlik edəcək.
Bu postda Qreq Berhalteri əvəzləyən Poçettino məşqçilik karyerasında ilk dəfə millidə çalışacaq. Onun son iş yeri İngiltərənin "Çelsi" klubu olub.
Qeyd edək ki, 52 yaşlı mütəxəssis daha əvvəl PSJ, "Tottenhem", "Sauthempton" və "Espanyol" kimi klubları çalışdırıb. PSJ onun rəhbəriliyi altında 2021-2022 mövsümündə Liqa 1-in qalibi olub.