Macarıstan "Avro-2016"da

"Avro-2016"nın təsnifat mərhələsində pley-offun cavab matçlarına start verilib. SportLine.az xəbər verir ki, ilk olaraq Macarıstan və Norveç milliləri pley-offdan final mərhələsinə vəsiqə qazanacaq komandanın adını aydınlaşdırıblar. Səfərdə rəqibini minimal hesabla üstələyən Macarıstan cavab qarşılaşmasında da daha üstün oyun sərgiləyib. Yekunda qalib gələn meydan sahibləri "Avro-2016"ya vəsiqəni təmin ediblər.

15 noyabr 2015
"Avro-2016"nın təsnifat mərhələsi
Pley-offun cavab görüşləri


Macarıstan - Norveç 2:1
Ümumi hesab (3:1)
QOLLAR: Tamaş Priskin, 14 (1:0); Markus Henriksen 83/a.q. (2:0); Markus Henriksen, 87 (2:1)