Mahir Emreli bu gün Superliqada debüt edə bilər

Millimizin üzvü Mahir Emrelinin yeni komandası "Konyaspor" bu gün Türkiyə Superliqasında növbəti oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, Konya təmsilçisi 24-cü turda "Giresunspor"u qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Mahir də bu oyunda iştirak edə bilər. O, meydana çıxsa, "Konyaspor"da və ümumiyyətlə Superliqada rəsmi debüt edəcək.

"Konyaspor" 22 oyundan sonra 27 xalla 10-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, müqavilə ilə Zaqreb "Dinamo"suna məxsus olan Mahir Emreli bu qış icarə əsasında "Konyaspor"a keçib. 

Banner