Mahir Emreli daha bir qol vurdu

Millimizin üzvü Mahir Emrelinin çıxış etdiyi “Legiya” Polşa Ekstraklassasında 8-ci turun oyununu keçirib.

Sportline.az xəbər verir ki, komandası hesabda 2:1 öndə olarkən əvəzemədən oyuna qoşulan Emreli 79-cu dəqiqədə rəqib qapısına yol tapıb. Beləliklə, "Legiya" oyundan 3:1 hesabı ilə qalib ayrılıb.

Bu, Mahirin Polşa çempionatında ilk, "Legiya"da rəsmi görüşlərdəki ümumilikdə 5-ci qoludur.

Qeyd edək ki, rəqiblərindən iki oyun az keçirən "Legiya" hazırda 9 xalla 12-ci pillədədir.