Mahir Emreli ikinci yerə layiq görüldü
Polşanın "Legia.Net" idman portalı "Legiya" klubunda sentyabr ayının ən yaxşı futbolçularını seçib.
Sportline.az xəbər verir ki, səsvermə iki formada - idman saytlarının redaktorları və oxucular arasında keçirilib.
Jurnalistlərinin seçiminə görə komandanın ən yaxşısı "legioner"lərin 20 yaşlı mərkəz müdafiəçisi Mayk Navrotskidir. Redaktorlar Lirim Kastratini ikinci, Artur Yenceyçiki isə üçüncü yerə layiq görüblər. Millimizin üzvü və "Legiya"nın hazırda ən sərrast futbolçusu Mahir Emreli isə 4-cü yerə layiq görülüb.
Azarkeşlər arasında keçirilən sorğuda isə Emreli Navrotskidən sonra ikinci yerə layiq görülüb.