Mahir Emreli: "İnanıram ki, sabah qol tilsimini qıracağam"
"Zəfər Günü münasibətilə xalqımızı təbrik edirəm".
Sportline.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin futbolçusu Mahir Emreli Bakıda Lüksemburqa qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.
24 yaşlı hücumçu bildirib ki, yığmada uzun müddət qol vurmamağı onu narahat edir: "Amma bu, mənim istəyimdən asılı deyil. Bunu hamıdan çox özüm gözləyirəm. İnanıram ki, sabah tilsimi qıracağam".
Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Lüksemburq matçı saat 21:00-da başlayacaq.