Mahir Emreli "Konyaspor"da ilk qolunu vurdu

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Konyaspor" Türkiyə Superliqasının 29-cu turunda evdə "Adana Demirspor"la qarşılaşıb.

Sportline.az xəbər verir ki, matç Konya Büyükşehir Stadionunda oynanılıb. Görüş "Adana Demirspor"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Mahir Emreli ilk dəqiqədən meydanda olub. O, start heyətində yer alıb. Mahir 40-cı dəqiqədə qapını dəqiq nişan alıb. Forvard 60-cı dəqiqədə Robert Muriçlə əvəzlənib.

Bu, Emrelinin Türkiyə Superliqasında və "Konyaspor"da ilk qoludur.

Qeyd edək ki, "Konyaspor" hazırda turnir cədvəlində 39 xalla 9-cudur. "Adana Demirspor" isə 54 xalla 4-cü pillədə qərarlaşır.

Türkiyə Superliqası, 29-cu tur

"Konyaspor" - "Adana Demirspor" - 1:2

Qollar: Emreli, 40 - Ndiaye, 28, 56-pen

Qırmızı vərəqə: Babayide David, 48 ("Adana Demirspor")

Banner