Mahir Emreli koronavirusa yoluxdu
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də Belqrad şəhərində Serbiya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının üzvü Mahir Emreli koronavirusa yoluxub.
Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Emrelinin oyundan əvvəl verdiyi koronavirus testi pozitiv nəticələnib.
UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, Mahir Emreli Serbiya – Azərbaycan oyununda iştirak edə bilməyəcək.
Qeyd edək ki, Serbiya – Azərbaycan matçı saat 22:45-də başlanacaq.