Mahir Emreli meydana çıxır

Millimizin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya" bu gün Polşa çempionatında növbəti matçına çıxacaq. 

Sportline.az xəbər verir ki, Varşava təmsilçisi 17-ci turda "Krakov"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 

Qeyd edək ki, digərlərindən 2 oyun az keçirən "Legiya" hazırda turnir cədvəlində 12 xalla 16-cıdır.

"Krakov" isə 20 xalla 12-ci pillədə qərarlaşır.