Mahir Emreli onunla işləyəcək

Millimizin üzvü Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" yeni idman direktoru ilə anlaşıb.

Sportline.az xəbər verir ki, Pavel Tomçik bugündən idman direktorunun müavini vəzifəsinin icrasına başlayıb.

O, klubun transfer siyasətinin və idman strategiyasının həyata keçirilməsində fəal iştirak edəcək, öz fəaliyyətində əsas komandaya daha çox diqqət yetirəcək. Onun vəzifələrinə, həmçinin, oyunçular, agentlər və digər klublarla danışıqlar aparmaq, skautinq şöbəsinin işinə nəzarət etmək daxildir. 

Paveł Tomçik Varşava Universitetinin İqtisadiyyat Elmləri Fakültəsinin məzunudur. O, "Qurnik", "Motor Lyüblin", "Zniç" kimi komandalarda futbol da oynayıb, karyerasını 2015-ci ilin iyulunda başa vurub. 2019-cu ilin noyabr ayından isə "Rakuv"un əvvəl skautinq meneceri, daha sonra idman direktoru olub.