Mahir Emreli zədələnib
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli yenidən zədələnib.
Sportline.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu “Qoritsa”ya 1:0 hesabı ilə qalib gəldikləri 32-ci tur oyununda çiynindən xəsarət alıb.
Emrelinin zədəsi ciddi olmasa da, bərpası üçün müəyyən dövrə ehtiyac duyulur.
Onun mayın 1-də "Lokomotiva" ilə paytaxt derbisini buraxacağı ehtimal olunur.
Qeyd edək ki, Mahir Emreli "Dinamo"nun heyətində indiyədək 2 qol vurub.