Mahir Emrelidən daha bir qol

"Legiya"da çıxış edən millimizin üzvü Mahir Emreli Polşa çempionatında 2-ci qolunu vurub.

Sportline.az xəbər verir ki, 24 yaşlı hücumçu 9-cu turda hazırda davam edən "Rakuv"la ev matçının 33-cü dəqiqəsində komandasının bərabərlik qolunun müəllifi olub.

Qeyd edək ki, hazırda görüşdə hesab 1:1-dir.

Xatırladaq ki, Mahir 8-ci turda "Qurnik"ə 3:1 hesabı ilə qalib gəldikləri matçda çempionatda ilk qolunu vurmuşdu.