Mahir Emrelidən narazıdırlar
"Konyaspor" Super Liqada 28 turdan sonra 36 xalla 8-ci sıradadır.
Sportline.az xəbər verir ki, Konya təmsilçisi son iki oyunda heç-heçə edib.
"Konyaspor" qış fasiləsində aralarında Mahir Emrelinin də olduğu 6 oyunçunu heyətinə cəlb edib. Hücum xətti üçün transfer edilən Mahir Emreli, Alexandro Posuelo və Marlos Moreno hələ qol vura və ya məhsuldar ötürmə edə bilməyib. Xüsusilə, bu üç oyunçunun uğursuz çıxışı Türkiyə mətbuatından narazılıqla qarşılanıb.
Zaqreb "Dinamo"sundan icarəyə götürülən Emreli 228 dəqiqə şans qazanıb və fərqlənə bilməyib.
Azərbaycanlı forvardın icarə müqaviləsi mövsümün sonuna qədərdir.