Mahir Emrelinin komandası çətin Rusiya səfərindən qələbə ilə qayıdır

Bu gün Avropa Liqasında qrup mərhələsinə start verilib.

Sportline.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

Açılış matçında Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya"sı Rusiyada "Otkritye Bank Arena" stadionunda "Spartak" (Moskva) klubu ilə üz-üzə gəlib. Həmin stadionda  oynanılacaq görüş Bakı vaxtı ilə saat 18:30-da başlayıb.

Millimizin üzvü oyunun 83-cü dəqiqəsində Tomas Pekxartla əvəzlənib.

Oyunun sonlarında "Legiya" 1 qol vuraraq qrupda ilk 3 xalını qazanıb. 

Avropa Liqası
Qrup mərhələsi, I tur
15 sentyabr

C qrupu
18:30. "Spartak" (Moskva, Rusiya) - "Legiya" (Polşa) 0:1

Qol: Lirim Kastratsi, 90+1.
Moskva, "Otkritye Bank Arena" stadionu.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin digər matçları sentyabrın 16-da baş tutacaq.