Mahir Emrelinin qeydə alınmayan qolu
Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Legiya" Polşa çempionatında növbəti matçına çıxıb.
Sportline.az xəbər verir ki, 15-ci turda "Gornik"lə qarşılaşan varşavalılar 2:3 hesabı ilə uduzublar.
Futbolçumuz meydana 46-cı dəqiqədə Tomas Pekhartın əvəzinə daxil olub və sonadək mübarizə aparıb. O, 56-cı dəqiqədə başla qol vursa da, hakim qeydə almayıb. Bu zaman ötürmə edən futbolçunun ofsaydda olduğu bildirilib.