Mahir Emrelinin son durumu

Millimizin  və Polşa "Legiya"sının  hücumçusu Mahir Emrelinin koronavirusa yoluxduğu haqda məlumat vermişik.

Sportline.az xəbər vevrir ki, daha 2 test verən futbolçunun ikinci ilə üçüncü testinin cavabı mənfi çıxıb.

Polşanın "Legia.net" saytının yaydığı məlumata görə, 24 yaşlı forvard karantinə alınmayacaq və bazar günü "Lex"ə qarşı keçiriləcək oyunun hazırlığı üçün komandasına qoşulacaq.

Qeyd edək ki, "Legiya" Poşla Ekstraklasasında 9 xalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, Mahir Emreli testin ilk cavabının müsbət çıxdığına görə millimizin Serbiya ilə (1:3) matçını buraxmalı olub.