Mahir Emrelinin son durumu

Azərbaycan millisinin və "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emrelinin səhhətində problem yaranıb.

Sportline.az Xorvatiya klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç mətbuat konfransında bildirib.

69 yaşlı mütəxəssis Emreli ilə yanaşı daha 4 oyunçuda koronavirus aşkarlandığını söyləyib.

Çaçiç həmin şəxslərin XIV turda "Hayduk"la səfər görüşündə iştirak etməyəcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, oktyabrın 21-də keçiriləcək "Hayduk" - "Dinamo" oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.