Mahir Emrelinin son durumu açıqlandı

Xəbər verdiyimiz kimi, bu gün DÇ-2022-nin seçmə oyununa çıxacaq millinin üzvü Mahir Emrelinin Covid-19 testi pozitiv çıxıb və o, Serbiya ilə görüşdə iştirak etməyəcək. 

Sportline.az xəbər verir ki, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bununla bağlı açıqlamasında belə deyib: 

"Bildiyiniz kimi, Mahirdən dünən götürülən korona testi pozitiv çıxıb. Ancaq heç bir simptomu yoxdur. Özünü yaxşı hiss edir. Hazırda oteldə otağındadır. Emrelinin müalicəsi ilə bağlı nə lazımdırsa, ediləcək. Təbii ki, xərclər AFFA tərəfindən qarşılanacaq".