Mahir Emrelinin transfer qiyməti açıqlandı

Polşanın "Gransk" portalı "Legiya"nın və millimizin üzvü Mahir Emrelinin qiyməti ilə bağlı məlumat yayıb.

Sportline.az xəbər verir ki, portalda 24 yaşlı hücumçunun qiymətinin artacağı vurğulanıb: “Demək olar ki, hər matçda qol vuran azərbaycanlı möhtəşəm hücumçu Mahir Emreli indi 1 milyon avro dəyərində qiymətləndirilir. Ancaq şübhəsiz ki, qiyməti artacaq".

Qeyd edək ki, Mahir “Legiya”nın heyətində meydana çıxdığı 18 oyunda 10 qol vurub.