Mahir "Napoli"yə qarşı oynamaya bilər

"Legiya"da çıxış edən millimizin üzvü Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda bu gün keçiriləcək "Napoli" ilə oyunu buraxa bilər.

Sportline.az legia.net-ə istinadən xəbər verir ki, Varşava təmsilçisinin baş məşqçisi Çeslav Mixneviç sözügedən matçda Mahirin əvəzinə 22 yaşlı Kasper Kostoja şans verməyi düşünür. Bildirilib ki, mütəxəssis millimizin futbolçusunun Polşa çempionatının 11-ci turunda "Lex"lə görüşdəki oyunundan (0:1) narazı qalıb. Ümumiyyətlə, Mixneviç Emrelinin çempionatdakı çıxışından razı deyil. 24 yaşlı hücumçu Neapoldakı matça ehtiyat oyunçular skamyasında başlaya bilər.

Qeyd edək ki,  "Napoli" - "Legiya" oyunu Bakı vaxtı ilə 23:00-da başlayacaq.