Mahir oynadı, "Legiya" qalib gəldi

Millimizin hücumçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" bu gün Polşa kubokunda 1/16 final mərhələsinin ilk oyununa çıxıb. 

Sportline.az xəbər verir ki, Varşava təmsilçisi səfərdə "Şvit Sklovin"lə qarşılaşıb. Görüş "Legiya"nın 1:0 hesablı qələbəsi ilə başa çatıb. 

Mahir də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+1-ci dəqiqədə əvəzlənib. 

"Şvit Sklovin" - "Legiya" - 0:1

Qol: Rous, 35