Mahir və Anton Polşada növbəti oyuna çıxır
Azərbaycan millisinin üzvləri Mahir Emreli və Anton Krivotsyuk bu gün Polşada növbəti matçına çıxacaqlar.
Sportline.az xəbər verir ki, Antonun çıxış etdiyi "Visla" səfərdə "Şlask"la üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Plotsk klubu turnir cədvəlinin 9-cu, iddialılardan olan "Şlask" isə 3-cü yerdə qərarlaşıb.
Emrelinin çıxış etdiyi “Legiya” isə 9-cu tur çərçivəsində “Rakov”u qonaq edəcək. Oyun saat 22:00-da başlayacaq.
Qeyd edək ki, “Legiya” hazırda turnir cədvəlində 13-cü (9 xal), “Rakov” isə 7-ci pillədə (11 xal) qərarlaşıb.