Mahirin çıxışı sual altındadır
Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Konyaspor" Türkiyə Superliqasının 27-ci turunda qarşılaşacağı "Ümraniyaspor"la oyuna hazırlaşır.
Sportline.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, zədə səbəbindən millimizin Avro-2024-də Avstriya və İsveçlə matçlar üçün heyətindən çıxarılan 25 yaşlı hücumçunun sözügedən qarşılaşmada iştirak edib-etməyəcəyi məlum deyil. Onun durumuna bu həftə ərzində aydınlıq gələcəyi vurğulanıb.
Qeyd edək ki, apelin 2-i keçiriləcək "Ümraniyespor" - "Konyaspor" görüşü Bakı vaxtı ilə 14:30-da başlayacaq.