Mahirin komanda yoldaşı qarət olundu

Polşa "Legiya"sının futbolçusu Tomaş Pexartın evi qarət olunub.

Sportline.az xəbər verir ki, bu barədə çexiyalı hücumçu "Interia Sport"a müsahibəsində deyib.

Onun sözlərinə görə, hadisə oktyabrın 5-də baş verib. Cinayətkarlar 32 yaşlı forvardın evindən pul, qızıl-zinət əşyaları və dəyərli saatlar oğurlayıblar.

Özü və ailəsinin şoka düşdüyünü söyləyən təcrübəli oyunçu polisə müraciət etdiklərini, istintaqın nəticələrini gözlədiklərini bildirib.

Qeyd edək ki, Tomaş Pexart 2022-ci ilin fevralından "Legiya"da çıxış edir. Azərbaycan millisinin hücumçusu Mahir Emreli də Varşava təmsilçisinin şərəfini qoruyur.