Mahirin komandası Moskvada təhqir olundu

"Spartak"ın fanatları Polşa "Legiya"sının Moskvada media lövhəsi yerləşdirməsini sərt qarşılayıblar.

Sportline.az xəbər verir ki, fanatlar lövhənin önünə təhqiramiz pankart yerləşdiriblər.

Varşava təmsilçisi görüşdən əvvəl azərbaycanlı futbolçu Mahir Emrelinin də yer aldığı fotonu "Moskva, geri qayıtdıq" yazısı ilə şəhərin mərkəzində göstərib. Buna cavab olaraq, "Spartak" fanatları Polşada məşhur söyüş sayılan banneri asıblar.

Qeyd edək ki, bu gün "Spartak" və "Legiya" arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin I tur oyunu Bakı vaxtı ilə saat 18:45-də başlanacaq. Moskva klubu 2011-ci ildə evdə Avropa Liqasının oyununda "Legiya"ya 2:3 hesabı ilə uduzub.