Mahirin komandası növbəti matçına çıxır
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi "Legiya" Polşa Liqasında növbəti matçına çıxacaq.
Sportline.az xəbər verir ki. komanda 14-cü turda "Stal Mielek"lə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
Qeyd edək ki, digərlərindən 2 oyun az keçirən "Legiya" hazırda turnir cədvəlində 9 xalla 17-ci, "Stal Mielek" isə 17 xalla 11-cidir.
20:30. "Legiya" - "Stal Mielek"
Baş hakim: Pyotr Lasuk
"Polish Army" stadionu