Mahirin komandası "Ümraniyespor"a qarşı

Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" bu gün Türkiyə Superliqasında  27-ci tur oyununa çıxacaq.

Sportline.az xəbər verir ki, komanda autsayder "Ümraniyespor"un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 14:30-da başlayacaq. Mahirin sözügedən görüşdə start heyətdə yer alacağı gözlənilir.

Qeyd edək ki, "Konyaspor" 34 xalla 8-ci pillədə qərarlaşıb, "Ümraniyespor"  22 xalla sonuncu-19-cudur. Siyahıya 63 xalla "Qalatasaray" başçılıq edir.

2 aprel

"Ümraniyespor" - "Konyaspor"