Mahirin oynadığı matçda komandası "Lester"ə uduzdu

Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Emrelinin çıxış etdiyi "Legiya" səfərdə "Lester"in qonağı olub. Matç İngiltərə təmsilçisinin 3:1 hesablı qələbəsiylə başa çatıb.

Mahir Emreli oyuna start heyətdə başlayıb və 78 dəqiqə meydanda olub. 24 yaşlı hücumçu görüşün 26-cı dəqiqəsində penaltidən yararlana bilməyib.

"Lester" 8 xalla C qrupunun lideridi. Aktivində 6 xal olan "Legiya" isə sonuncu pillədədi.

"Lester" - "Legiya" 3:1

Qollar: Patson Daka, 11, Ceyms Meddison, 21, Vilfred Ndidi, 33 - Filip Mladenovic, 27