Maksim Medvedev UEFA-ya şikayət olundu

"Kopenhagen" klubu Çempionlar Liqasının Bakıda "Qarabağ"a qarşı keçirilən "pley-off" görüşündən sonra UEFA-ya şikayət məktubu ünvanlayıb. SportLine.az xəbər verir ki, bu barədə Danimarka klubunun rəsmi saytı məlumat yayıb.

Görüşün 20-ci dəqiqəsində mübarizə vaxtı Maksim Medvedevin Pyer Benqtssonu qəsdən vurduğunu iddia edən "Kopenhagen", onun qırmızı vərəqə ilə cəzalandırılmalı olduğunu bildirib. Həmin vaxt isə italiyalı referi Paolo Talyavento epizoda heç bir reaksiya verməyib.

Danimarka çempionu futbolçunun cəzalandırılması və cavab görüşünü buraxmasına nail olmaq niyyətindədir.

Qeyd edək ki, "Kopenhagen"lə "Qarabağ" arasındakı cavab matçı avqustun 23-də keçiriləcək.