Mamardaşvili İngiltərə nəhənginə keçir
Gürcüstan millisinin qapıçısı Georgi Mamardaşvili karyerasını İngiltərədə davam etdirməyə yaxındır.
Sportline.az xəbər verir ki, "Liverpul" onu heyətində görmək istəyir.
Bu haqda tanınmış jurnalist Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, liverpullular qolkiperin özü ilə razılıq əldə ediblər.
Qalır, futbolçunun məxsus olduğu "Valensiya"nı yola gətirmək.
Qeyd edək ki, 23 yaşlı futbolçu 2022-ci ildən formasını geyindiyi "Valensiya"da keçirdiyi 100 oyunda qapısından 112 top buraxıb.
31 dəfə isə qapısını toxunulmaz saxlayıb.