"Mançester Siti" 50 milyon avroluq transferə hazırlaşır

"Mançester Siti" heyətinə yeni futbolçu qatmaq niyyətindədir. 

Sportline.az Britaniya mətbuatına istinadən xəbər verir ki, klub "Leyptsiq"dən Dani Olmonu almağı planlaşdırır. "Şəhərlilər" 23 yaşlı yarımmüdafiəçini növbəti qış transfer pəncərəsində almağı düşünür. Lakin klub bu keçidə görə 50 milyon avro ödəməli olacaq. 

Qeyd edək ki, daha əvvəl "Leyptsiq" "Barselona"nın və "Mançester Yunayted"in Olmo üçün göndərdiyi təklifi rədd edib.