"Mançester Siti" brazilyalı futbolçu üçün 80 milyon avro ödəməyə hazırdır
"Mançester Siti" "Barselona"nın brazilyalı futbolçusu Rafinyanı transfer siyahısına əlavə edib.
Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu Rafinya üçün "Barselona"ya 80 milyon avro ödəməyə hazırdır.
28 yaşlı futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Rafinya bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 45 matçda 28 qol və 22 məhsuldar ötürmə müəllifi olub.