"Mançester Siti" bu futbolçuya görə 70 milyon avro ödəməyə hazırdır

"Mançester Siti"nin yeni transfer hədəfi bəlli olub.

Sportline.az "Marca" qəzetinə istinadən xəbər verir ki, "Porto"nun ispaniyalı futbolçusu Niko Qonzalez "Mançester Siti"nin transfer siyahısında yer alıb.

İngiltərə klubunun rəhbərliyi bu keçid üçün "Porto"ya 70 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, N.Qonzalezin Portuqaliya klubu ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O cari mövsüm çıxış etdiyi 29 matçda 7 qol və 6 asistlə yadda qalıb.