"Mançester Siti" ciddi itki ilə üzləşib
“Mançester Siti” və Belçika millisinin kapitanı Kevin De Brüyne ötən gecə keçirilən matça zədə alıb.
Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ağrılar hiss etdiyi üçün meydandan çıxmaq məcburiyyətində qalmışdı.
Onun dərhal müayinə olunduğu və müalicəsinə başlanıldığı bildirilir.
Bununla belə, “Mançester Siti”nin bazar günü keçiriləcək “Arsenal”la oyununda De Brüynenin iştirakı sual altındadır.