“Mançester Siti” Dani Olmo ilə maraqlanır

“Mançester Siti” Dani Olmonun transferində maraqlıdır.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, İngiltərə klubu "Leyptsiq"in futbolçusu üçün rəsmi təklif göndərməyə hazırlaşır.

"Leyptsiq" klubunun rəsmiləri isə "Mançester Siti" klubundan tələb olunan məbləği ödəməsi halında razılıq verəcəklərini bildiriblər. 

Qeyde edək ki, Dani Olmo bu mövsüm çıxdığı 22 oyunda 8 qol, 5 asistlə yadda qalıb.