"Mançester Siti" fransalı futbolçu üçün 70 milyon avro ödəməyə hazırdır
"Mançester Siti" "Real Madrid"in fransalı futbolçusu Eduardo Kamavinqanı transfer etmək üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "Football İnsider" nəşri məlumat yayıb.
İmgiltərə klubunun rəhbərliyi Kamavinqa üçün 70 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, "Real Madrid" 22 yaşlı futbolçu üçün ən azı 80 milyon avro tələb edir.
Kamavinqa 2021-ci ilin yayında "Renn"dən "Real Madrid"ə 31 milyon avro qarşılığında transfer olmuşdu.