"Mançester Siti" "Kristal Pelas"ın futbolçusunu transfer etmək istəyir
"Mançester Siti" yay transfer pəncərəsi dövründə heyətini gücləndirməyi planlaşdırır.
Sportline.az "The Sun Football" nəşrinə istinadən xəbər verir ki, "Kristal Pelas"ın kolumbiyalı sağ cinah müdafiəçisi Daniel Munyoz "Mançester Siti"nin transfer hədəfinə çevrilib.
28 yaşlı futbolçunun transfer qiyməti 25 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, Munyozun "Kristal Pelas"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.