"Mançester Siti"dən 60 milyonluq transfer

"Mançester Siti" "Porto"da çıxış edən 23 yaşlı ispan yarımmüdafiəçi Niko Qonzalesi heyətinə qatmaq istəyir. 

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, Qonzales qış transfer pəncərəsinin son günlərində Pep Qvardiola üçün bir seçim olaraq ortaya çıxdı, çünki ispaniyalı məşqçiyə əlavə qüvvə lazımdır.

İspan futbolçunun sərbəst qalma məbləği 60 milyon avrodur. Amma “Porto” ilə "Siti" arasında alış-veriş belə sadə olmayacaq, çünki “Barselona”nın 23 yaşlı futbolçu üçün 40%-lik satış haqqı var ki, bu bənd də aktivləşdikdə 24 milyon avro da ödənməlidir.