“Mançester Siti”nin futbolçusu 2022-ci ilin yanvarına qədər həbsdə qalacaq

“Mançester Siti”nin futbolçusu Benjamin Mendi yanvarın 24-nə qədər həbsxanada qalacaq.

Sportline.az xəbər verir ki, 27 yaşlı müdafiəçi 4 təcavüz və 1 cinsi təcavüzdə ittiham olunur.

Mendinin dünən məhkəməsi keçirilib. Futbolçu ilə bağlı bir qərar verilməyib və növbəti məhkəmə 2022-ci ilin yanvarın 24-nə təyin edilib. Mendi bu müddətdə həbsxanada qalacaq.

“Mançester Siti” futbolçunu bu ittihamlar üzrə istintaqı yekunlaşana kimi, əsas heyətdən kənarlaşdırıb.