"Mançester Siti"nin gözü "Barselona"nın futbolçusuna düşüb

"Mançester Siti" "Barselona"nın ispaniyalı futbolçusu Pedrini transfer etmək istəyir. 

Sportline.az xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Pedrinin hazır ki dəyəri "Transfermarkt" portalına görə 120 milyon avro olaraq qiymətləndirilir.

22 yaşlı yarımmüdafiəçinin "Barselona" ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, Pedri bu mövsüm çıxış etdiyi 44 matçda 5 qol və 7 asistlə yadda qalıb.