"Mançester Siti"nin qapıçısı Ərəbistana yollana bilər

"Mançester Siti"nin qapıçısı Ederson Ronaldo ilə komanda yoldaşı ola bilər.

Sportline.az Footmercado-ya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu braziliyalı qapıçını transfer etməyi düşünür.

Mənbənin sözlərinə görə, "Əl-Nasr" şəxsi müqavilə şərtlərinə əsasən futbolçuya ilkin təklif irəli sürsə də, "Mançester Siti"ni tərk etmək ehtimalı olan Edersondan hələ ki, cavab almayıb.

30 yaşlı qapıçı 2017-ci ildə "Benfika"dan İngiltərə klubuna 40 milyon avroya transfer olunub. Edersonun klubla hazırki müqaviləsi 2026-cı ilə qədərdir. 

Qeyd edək ki, ötən mövsüm 43 oyunda "şəhərlilər"in qapısını qoruyan Ederson 16 görüşdə qol buraxmayıb.Transfermarkt portalında qolkiperin transfer dəyəri 35 milyon avrodur.