"Mançester Siti"nin yeni mövsüm üçün forması
"Mançester Siti" İngiltərə Premyer Liqasının yeni mövsümündə yeni qiyafədə meydana çıxacaq.
Sportline.az xəbər verir ki, "şəhərlilər" yeni geyim dəstini ictimaiyyətə təqdim ediblər.
Komanda bu formalardan səfər qarşılaşmalarında yararlanacaq.
Qeyd edək ki, bu geyimlər klubun tarixində əlamətdar hadisələrdən birinə həsr olunub.
"Siti" 1999-cu ilin may ayının 30-da ikinci divizionun pley-offunda "Cillingem" üzərində qələbəni məhs bu geyimdə qazanmışdı.