"Mançester Siti"nin yetirməsi "Turan Tovuz" üçün Azərbaycana gəldi
“Turan Tovuz” heyətini gücləndirir.
Sportline.az xəbər verir ki, “Mançester Siti”nin yetirməsi olan qanalı yarımmüdafiəçi Divin Naah müqavilə bağlamaq üçün Bakıya gəlib.
Saytımıza açıqlama verən Tovuz klubunun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev məlumatı təsdiqləyib: "Belə bir xəbər var. Amma hələ ki, danışıqlar gedir. Müqavilə imzalananda ictimaiyyətə açıqlama veriləcək".