"Mançester Yunayted" 3 futbolçu ilə yolları ayırır
"Mançester Yunayted"in baş məşqçisi Erik Ten Haq 3 futbolçunun xidmətində maraqlı olmadığını açıqlayıb.
Sportline.az Goal.com-a istinadla xəbər verir ki, “qırmızı şeytanlar”ın niderlandlı baş məşqçisi Harri Maquayer, Brandon Villiam, Antoni Marsial ve Aleks Telleşin komandadan göndərilməsini tələb edib.
Qeyd edək ki, "Mançester Yunayted" İngiltərə Premyer Liqasının 27 turundan sonra 50 xalla 5-ci yerdədir.