"Mançester Yunayted" "Barselona"ya elçi düşüb
"Barselona"nın brazilyalı futbolçusu Rafinya karyerasını "Mançester Yunayted"də davam etdirə bilər.
Sportline.az xəbər verir ki, bu haqda "Football London" nəşri məlumat yayıb.
Rafinyanın sərbəst qalma məbləği 60 milyon avro olaraq təyin olunub.
Qeyd edək ki, 28 yaşlı futbolçu bu mövsüm çıxış etdiyi 42 matçda 27 qol və 21 asistlə yadda qalıb.
Onun "Barselona" ilə müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.