“Mançester Yunayted” Bellingemi transfer etmək istəyir

“Sanderlend”in ingiltərəli futbolçusu Cob Bellingem mövsümün sonunda komandasını dəyişə bilər.

Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, “Mançester Yunayted” Bellingemi transfer etmək niyyətindədir.

19 yaşlı futbolçunun hazır ki dəyəri “Transfermarkt” portalına görə 18 milyon avro olaraq qiymətləndirilir.

Qeyd edək ki, Bellingemin “Sanderlend”lə müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 34 matçda 4 qol və 3 asistlə yadda qalıb.