"Mançester Yunayted" bu forvard üçün 80 milyon avro ödəməlidir

"Leypziq"in futbolçusu Benyamin Şeşko karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, "Mançester Yunayted" Sloveniyadan olan hücumçunu heyətinə qatmaq niyyətindədir.

Almaniya təmsilçisi futbolçunu satmağa qarşı deyil. Klub 22 yaşlı hücumçu üçün "qırmızı şeytanlar"dan 80 milyon avro tələb edir.

Sloveniya milli komandasının üzvü ilə İngiltərənin digər klubu – "Nyukasl" da maraqlanır.