"Mançester Yunayted" bu futbolçuya görə 50 milyon avro ödəməyə hazırdır

"Mançester Yunayted" "Barselona"nın niderlandlı futbolçusu Frenki De Yonqu transfer etmək istəyir.

Sportline.az "El Nacional" nəşrinə istinadən xəbər verir ki, İngiltərə klubu mövsümün sonunda De Yonq üçün "Barselona"ya rəsmi təklif göndərəcək.

Bu keçid üçün "Mançester Yunayted" qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdır.

Qeyd edək ki, Frenki De Yonqun "Barselona" ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.

O bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 29 matçda 1 qol və 1 asistlə yadda qalıb.

Xatırladaq ki, De Yonq 2019-cu ilin yayında "Ayaks"dan "Barselona"ya 86 milyon avro qarşılığında transfer olmuşdu.